​Ruslar sanksiyaya görə məhv edilən məhsulların qalıqlarını evlərinə daşıyırlar

​Ruslar sanksiyaya görə məhv edilən məhsulların qalıqlarını evlərinə daşıyırlar İnsanlar poliqonlardan əsasən pomidor, nektarin və şaftalı aparırlar
Region
8 Avqust , 2015 06:46
​Ruslar sanksiyaya görə məhv edilən məhsulların qalıqlarını evlərinə daşıyırlar

Bakı. 8 Avqust. REPORT.AZ/ Smolensk sakinləri məhv edilmək üçün nəzərdə tutulmuş məhsulları evlərinə aparmağa başlayıblar.

"Report" RBK-ya istinadən xəbər verir ki, insanlar poliqonlardan əsasən pomidor, nektarin və şaftalı aparırlar.

Yerli sakinlərin sözlərinə görə, "qadağan olunmuş" meyvələr istifadəyə yararlıdır.

Rusiyada artıq 348 ton sanksiyaya məruz qalmış məhsul məhv edilib. Ölkədə bəzi idxal məhsullarına embarqo Qərbin sanksiyalarına cavab olaraq tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi