Yuxarı

Ruslan Hacıyev: “Gürcü Arzusu” Marneulidəki seçkilərin elə I turunda qalib gələcək”

Ruslan Hacıyev: “Gürcü Arzusu” Marneulidəki seçkilərin elə I turunda qalib gələcək”

“Marneulidə icra başçısı seçkiləri azad şəkildə davam edir və seçici fəallığı çox normal səviyyədədir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Marneulidən olan deputatı Ruslan Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müxalifətdən olan partiya nümayəndə və namizədləri şər-böhtan xarakterli addımlara yol verirlər.

Deputat hesab edir ki, hakim "Gürcü Arzusu" Partiyasının Marneuli rayon rəhbərliyi vəzifəsinə namizədi Zaur Darğallı elə birinci turda qalib gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi