Yuxarı

​Rusiyaya miqrasiya edənlərin sayı azalıb

Bunu Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovsk deyib

Bakı. 8 yanvar. REPORT.AZ/ 2015-ci ilin ilk günlərindən Rusiyaya Qırğızıstan istisna olunmaqla, Orta Asiyadan gedənlərin sayı kəskin azalıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovsk bildirib. "2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bu il Rusiyaya gələn xarici ölkə vətəndaşlarının sayı 70 faiz azalıb", - o deyib.

Xatırladaq ki, 2014-cü ildən etibarən Rusiya hakimiyyəti ölkəyə giriş qaydalarını sərtləşdirməyə başlayıb. Bu il yanvarın 1-dən bütün əcnəbilər RF-yə xarici pasportla daxil ola bilər. Habelə, bu ilin əvvəlindən Rusiyada əmək miqrantları ilə bağlı kvota qanunu qüvvəyə minib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi