Rusiyaya məxsus gəmi Qara dənizdə batıb, 11 nəfər itkin düşüb

Rusiyaya məxsus gəmi Qara dənizdə batıb, 11 nəfər itkin düşüb Gəminin göyərtəsində 12 nəfər olub
Region
19 Aprel , 2017 09:16
Rusiyaya məxsus gəmi Qara dənizdə batıb, 11 nəfər itkin düşüb

Bakı. 19 aprel. REPORT.AZ/ Rusiyaya məxsus “Qeroy Arsenal” yük gəmisi Qara dənizin Kerç boğazında batıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Hallar Nazirliyinin Krasnodar Diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. 

Gəminin göyərtəsində 12 nəfər olub. Onların 9-u Ukrayna, 2-si Rusiya, 1-i isə Gürcüstan vətəndaşıdır.

İnformasiyaya əsasən, qəza bölgəsindən bir nəfər xilas edilərək, xilasedici gəminin göyərtəsinə qaldırlıb. Gəmi heyətinin digər üzvlərindən məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi