Yuxarı

Rusiya ölkəyə girişi məhdudlaşdırılan ABŞ vətəndaşlarının siyahısını genişləndirəcək

​Rusiyaya girişi məhdudlaşdırılan ABŞ vətəndaşlarının siyahısı

Vaşinqtonun Rusiyanın İstintaq Komitəsinin iki əməkdaşına qarşı sanksiya tətbiq etməsindən sonra Moskva Rusiyaya girişinə məhdudiyyət qoyulan ABŞ vətəndaşlarının siyahısını genişləndirəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Əlbəttə, biz də müvafiq qaydada ABŞ vətəndaşlarının ölkəmizə girişi üzrə məhdudiyyət siyahımızı genişləndirəcəyik. Bunu açıq-aydın bəyan edirik", - S.Ryabkov deyib.

Onun sözlərinə görə, ABŞ bu kimi siyahıların genişləndirilməsi üzrə "qüsurlu təcrübədən" imtina etdikdən sonra Rusiya da qarşılıqlı prinsiplərə əsaslanaraq bunu edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi