​Rusiya XİN-in başçısı Ermənistana səfər edəcək

​Rusiya XİN-in başçısı Ermənistana səfər edəcək Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşəcək
Region
6 Noyabr , 2015 16:35
​Rusiya XİN-in başçısı Ermənistana səfər edəcək

Bakı. 6 noyabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 9-da Ermənistana işgüzar səfər edəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, S.Lavrov səfər çərçivəsində erməni həmkarı Edvard Nalbandyanla görüşəcək. Tərəflər arasında qarşılıqlı maraq doğuran, eləcə də beynəlxalq və regional problemlərə dair məsələlər müzakirə ediləcək.  

Son xəbərlər

Orphus sistemi