Yuxarı

​Rusiya XİN başçısının Türkiyəyə səfəri təxirə salınıb

Türkiyədə onun ölkə rəsmiləri ilə Suriyadakı vəziyyəti və terrorçuluğa qarşı mübarizə məsələsini müzakirə edəcəyi gözlənilirdi

Bakı. 24 noyabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri təxirə salınıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyənin "Haber7" saytı məlumat yayıb.

Qeyd edək ki, noyabrın 24-də S.Lavrovun Türkiyəyə səfəri planlaşdırılırdı. Türkiyədə onun ölkə rəsmiləri ilə Suriyadakı vəziyyəti və terrorçuluğa qarşı mübarizə məsələsini müzakirə edəcəyi gözlənilirdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi