Bakı. 29 yanvar. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 2-3-də Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) və Omana səfər edəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazrilyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, S.Lavrov səfər çərçivəsində neft bazarındakı vəziyyəti müzakirə edəcək.