Yuxarı

Rusiyanın Xəzərdəki hərbi Donanması diversantlara qarşı mübarizə üzrə təlimlər keçirib

Xəzər dənizinin şimal hissəsində antidiversiya mühafizəsi üzrə gəmi təlimləri keçirilib

Bakı. 24 aprel. REPORT.AZ/ Rusiya Xəzər Donanmasının gəmi dəstəsi Xəzər dənizinin şimal hisəsində diversiyalara qarşı mühafizə üzrə gəmi təlimləri keçirib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildiriblər. 

Şərti plana uyğun olaraq, rəqibin sualtı diversiya qrupu, sualtı hərəkət vasitələrindən istifadə edərək, gəmilərin dayandığı yerdə sualtı kəşfiyyat həyata keçirib, "Dağıstan" raket gəmisi korpusunun sualtı hissəsinə partlayıcı qurğu yerləşdirib. Gəmi ekipajının vəzifəsi sualtı vəziyyətdə təqib üçün stansiyalardan istifadə edərək, sualtı kəşfiyyatın keçirilməsinə mane olmaq, diversantları aşkarlamaq və onları zərərsizləşdirmək olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi