Yuxarı

Rusiyanın Xəzərdəki donanmasına yeni komandir təyin olunub

Vladimir Putin bununla bağlı fərman imzalayıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Kontr-admiral Sergey Pinçuk Rusiya Xəzər Donanmasının komandiri vəzifəsinə təyin edilib.

"Report" "RİA-Novosti"yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb.

Rusiyanın Xəzər Donanmasının sabiq komandiri, kontr-admiral İqor Osipov isə Sakit okean Donanmasında yeni vəzifəyə təyin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi