Rusiyanın Xəzərdəki Hərbi Dəniz Donanmasının döyüşə hazırlıq vəziyyəti yoxlanılır

Rusiyanın Xəzərdəki Hərbi Dəniz Donanmasının döyüşə hazırlıq vəziyyəti yoxlanılır Yoxlamaya ondan artıq hərbi gəmi, 50 döyüş texnikası cəlb edilib
Region
26 Yanvar , 2016 13:56
Rusiyanın Xəzərdəki Hərbi Dəniz Donanmasının döyüşə hazırlıq vəziyyəti yoxlanılır

Bakı. 26 yanvar. REPORT.AZ/ Rusiyanın Müdafiə Nazirliyi Xəzərdəki Hərbi Dəniz Donanmasının döyüşə hazırlıq vəziyyətini yoxlayır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yoxlamaya ondan artıq hərbi gəmi, 50 döyüş texnikası cəlb edilib.

Xəbərdə bildirilib ki, tədbir zamanı dəniz piyadalarının da döyüşə hazırlıq vəziyyəti yoxlanılır.

Son xəbərlər

Orphus sistemi