Rusiyanın Xəzər donanmasında döyüş hazırlığının qəfil yoxlanması başlayıb

Rusiyanın Xəzər donanmasında döyüş hazırlığının qəfil yoxlanması başlayıb Təlimlərə "Tatarıstan" və "Dağıstan" raket gəmiləri, "Qrad Sviyajsk", "Uqliç" və "Böyük Ustyuq" kiçik raket gəmiləri cəlb edilib
Region
25 Aprel , 2017 11:09
Rusiyanın Xəzər donanmasında döyüş hazırlığının qəfil yoxlanması başlayıb

Bakı. 25 aprel. REPORT.AZ/ Rusiya Xəzər donanmasının gəmiləri Cənub Hərbi Dairəsinin (CHD) qoşun komandanı, general-polkovnik Aleksandr Dvornikovun rəhbərliyi altında döyüş hazırlığının qəfil yoxlanması çərçivəsində dənizə çıxıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə CHD-nin mətbuat xidmətinin rəhbəri, polkovnik Vadim Astafyev məlumat verib.

Təlimlərə "Tatarıstan" və "Dağıstan" raket gəmiləri, "Qrad Sviyajsk", "Uqliç" və "Böyük Ustyuq" kiçik raket gəmiləri, "Volqodonsk", "Həştərxan" və "Mahaçqala" kiçik artilleriya gəmiləri və s. cəlb edilib.

Son xəbərlər

Orphus sistemi