Rusiyanın Xəzər donanması Dağıstana köçürüləcək

Rusiyanın Xəzər donanması Dağıstana köçürüləcək Rusiyanın müdafiə naziri Sergey Şoyqu: "Donanmadakı hərbçilərin sayı artacaq"
Region
2 Aprel , 2018 14:38
Rusiyanın Xəzər donanması Dağıstana köçürüləcək

Bakı. 2 aprel. REPORT.AZ/ Rusiyanın Xəzər donanması Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürüləcək, donanmadakı hərbçilərin sayı isə artırılacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşündə bildirib.

"Xəzər donanmasının Kaspiyskə köçürülməsi barədə qərar qəbul edilib. Orada geniş tikinti işləri aparılır: pirslər, estakadalar, xidmət məntəqələri, yaşayış obyektləri tikilir. Zabit və hərbçilərin sayı dəfələrlə artırılacaq", - S.Şoyqu deyib.

Onun sözlərinə görə, donanmanın köçürülməsi Xəzər regionunda təhlükəsizliyin əsas tərkib hissəsidir.

Son xəbərlər

Orphus sistemi