Rusiyanın "VİM-Avia" şirkəti vəsait çatışmazlığından çarter reyslərini dayandırıb - VİDEO

Rusiyanın "VİM-Avia" şirkəti vəsait çatışmazlığından çarter reyslərini dayandırıb - VİDEO Aviaşirkət istirahət yerlərinə çarter reyslərinin tamamilə dayandırılması barədə qərar qəbul edib
Region
26 Sentyabr , 2017 01:29
Rusiyanın VİM-Avia şirkəti vəsait çatışmazlığından çarter reyslərini dayandırıb - VİDEO

Bakı. 26 sentyabr. REPORT.AZ/ Rusiyanın "VİM-Avia" şirkəti vəsait çatışmazlığı səbəbindən çarter reysləri üzrə daşınmaları dayandırır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyi məlumat yayıb.

"Aviaşirkət mülkiyyətçisinin məlumatına görə, şirkətin öz gücü ilə sərnişinlərin daşınmalarını davam etdirmək üçün nə dövriyyədə, nə də borc kimi maliyyə vəsaiti yoxdur", — deyə agentlikdən bildirilir.

Məlumatda qeyd olunur ki, aviaşirkət istirahət yerlərinə çarter reyslərinin tamamilə dayandırılması barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi