​Rusiyanın turizm şirkətləri müştərilərinə Misir əvəzinə Türkiyəni təklif edirlər

​Rusiyanın turizm şirkətləri müştərilərinə Misir əvəzinə Türkiyəni təklif edirlər Şirkətlər müştərilərə turist paketinin pulunu heç bir cərimə ödəmədən geri qaytaracaqlarını da bildiriblər
Region
7 Noyabr , 2015 14:56
​Rusiyanın turizm şirkətləri müştərilərinə Misir əvəzinə Türkiyəni təklif edirlər

Bakı. 7 noyabr. REPORT.AZ/ Misirə uçuşlar dayandırıldıqdan sonra Rusiyanın bir sıra turizm şirkətləri Misirə təxirə salınmış səfərlərin yerinə müştərilərinə Türkiyəyə getməyi təlikf edilrlər.

"Report" xəbər verir ki, bu haqda Rusiya Turist Operatorlar Aossiasiyasının saytında məlumat yer alıb.

Məlumata görə, şirkətlər müştərilərə turist paketinin pulunu heç bir cərimə ödəmədən geri qaytarmağı və ya Türkiyəyə səfər etməyi təklif edir.

Qeyd edək ki, Misirin Şarm əl-Şeyx şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə hərəkət edən "Metrojet" (keçmiş adı "Koqalımavia") aviaşirkətinə məxsus "Airbus A-321" sərnişin təyyarəsi Sinay yarımadasının şimal-şərqində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 217 sərnişin və 7 ekipaj üzvü hadisə zamanı dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi