Yuxarı
    Bağlamaq

    Rusiyanın Türkiyədəki səfirini öldürən şəxsin anası və bacısı saxlanılıb

    Qadınlar səfirə sui-qəsddən bir qədər sonra həbs olunublar

    Bakı. 20 dekabr. REPORT.AZ/ Türkiyənin Aydın şəhərində Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu qətlə yetirən şəxsin anası və bacısı saxlanılıb.

    "Report" "CNN Turk"ə istinadən xəbər verir ki, qadınlar səfirə sui-qəsddən bir qədər sonra həbs olunublar.

    Qeyd edək ki, Rusiya səfirinə 22 yaşlı Aydın şəhər sakini, xüsusi təyinatlı dəstənin əməkdaşı Mövlud Mərd Altınbaş atəş açıb və dərhal zərərsizləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi