Yuxarı
    Bağlamaq

    Rusiyanın Türkiyə ilə ticarət böhranı səbəbindən itkiləri 1,5 milyard dollar təşkil edib

    Rusiya kənd təsərrüfatı naziri: Münasibətlərimizin normallaşacağına çox ümid edirik© Tass.ru

    Bakı. 19 aprel. REPORT.AZ/ Rusiyanın Türkiyə ilə ticarət əlaqələrindəki böhran səbəbindən üzləşdiyi itkilər 1,3-1,5 milyard dollar təşkil edib.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev bildirib.

    Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi Türkiyə ilə münasibətlərin normallaşacağına çox ümid edir, amma Rusiya pomidor bazarını Türkiyə tərəfi üçün açmayacaq.

    "Əlbəttə, münasibətlərin normallaşmasına çox ümid edirik, bu, böyük bazardır. Türkiyəyə ixracın payı 10% və daha çoxdur. Bu, ciddi zərbədir. Amma Türkiyəsiz də yaşaya bilməyəcəyimizi demirəm. Hökumətin mövqeyi belədir ki, pomidor bazarını onlar üçün açmaq niyyətində deyilik", - o vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi