Rusiyanın iki strateji “Tu-95MS” raketdaşıyıcısı Aleut adalarının (Alyaska ştatına daxildir) sahilləri də daxil olmaqla Çukot, Berinq və Oxot dənizləri üzərində 11 saat uçuş edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya
Bildirilib ki, uçuşun müxtəlif mərhələlərində ABŞ Hərbi Hava Qüvvələrinin “F-22” qırıcıları Rusiya təyyarələrini müşayiət edib.
Nazirlik bütün uçuşların beynəlxalq qaydalara uyğun olaraq başqa dövlətlərin sərhədini pozmadan keçirildiyini vurğulayıb.
Qurum bildirib ki, bu, ikinci uçuşdur. Birinci uçuş mayın 21-də keçirilib. Ötən gün 4 “Tu-95MS” raketdaşıyıcısı Alyaskanın qərb sahilləri, Aleut adalarının şimal sahilləri də daxil olmaqla Çukot, Berinq və Oxot dənizləri üzərindən 12 saatlıq uçuş edib.