​Rusiyanın təyyarəsi Türkiyənin hava məkanında müşahidə uçuşu edəcək

​Rusiyanın təyyarəsi Türkiyənin hava məkanında müşahidə uçuşu edəcək Təyyarə 1900 metr yüksəklikdən uçacaq
Region
1 Fevral , 2016 11:16
​Rusiyanın təyyarəsi Türkiyənin hava məkanında müşahidə uçuşu edəcək

Bakı. 1 fevral. REPORT.AZ/ Rusiyanın "An-30B" tipli təyyarəsi fevralın 1-5-də Türkiyənin hava sahəsində müşahidə uçuşu aparcaq.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiya Nüvə Riskinin Azaltma Milli Mərkəzinin sədri Sergey Rıjkov bildirib.

Məlumata görə, müşahidə uçuşu Türkiyənin Əskişəhər hava limanından havaya qalxacaq. Təyyarədəki türk pilotlar isə uçuşa nəzarət edəcək, istifadə edilən alətləri yoxlayacaqlar.

Xəbərə əsasən, təyyarə 1900 metr yüksəklikdən uçacaq.

Qeyd edək ki, dekabrda da Rusiya təyyarələri üç günlük uçuş ediblər. Dekabrın 18-dək davam edən uçuşlar ölkənin qərbindən, Ərzurumdan havaya qalxıb, 1500 metr yüksəklikdə uçub. Uçuşlar Türkiyə tərəfinin müəyyən etdiyi marşrut istiqamətində həyata keçirilir.

Xatırladaq ki, 1992-ci ildə ATƏT-ə üzv olan 27 dövlət "Açıq Hava Sahəsi Müqaviləsi"ni imzalayıb. Rusiya bu müqaviləni 2001-ci ilin mayın 26-da təsdiqləyib.

Onu da qeyd edək ki, Türkiyə Rusiyaya məxsus “Su-24” təyyarəsinin yanvarın 29-da ölkənin hava məkanını pozmaqda ittiham edib.

Son xəbərlər

Orphus sistemi