Yuxarı

Rusiyanın Təhsil Nazirliyi: "Türkiyədə təhsil alan bütün tələbələr qısa müddətdə geri qaytarılacaq"

Məlumata görə, Türkiyədə yüzdən az rusiyalı tələbə təhsil alır

Bakı. 1 dekabr. REPORT.AZ/ "Akademik mübadilə proqramı üzrə Türkiyədə təhsil alan Rusiya vətəndaşı olan bütün tələbələr qısa müddətdə ölkəyə qaytarılacaq".

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Türkiyədə yüzdən az rusiyalı tələbə təhsil alır.

Qeyd edək ki, bu yaxınlarda Rusiyanın təhsil naziri Dmitri Livanov ölkəsinin ali təhsil müəssisələrinin rəhbərliyinə Türkiyə ilə əməkdaşlığın dayandırılması haqda məktub göndərib.

Nazirin məktubunu mətbuat xidməti belə izah edib: "Həmin məktubda rusiyalı müəllimlərin və tələbələrin Türkiyəyə səfərinin təxirə salınması nəzərdə tutulub". Nazirlik onu da bildirib ki, iki ölkə arasında ümumi təhsillə bağlı bir razılaşma mövcuddur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi