Rusiyanın tanınmış telekanallarından biri bağlanıb

Rusiyanın tanınmış telekanallarından biri bağlanıb Avqustun 18-də şirkətin 90 əməkdaşının ixtisar olunduğu barədə məlumat yayılmışdı
Region
19 Avqust , 2017 12:22
Rusiyanın tanınmış telekanallarından biri bağlanıb

Bakı. 19 avqust. REPORT.AZ/ Rusiyanın “Life” telekanalı yayımını dayandırıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu “News Media” holdinqinin direktoru Aram Qabrelyanov bildirib.

Onun sözlərinə görə, bundan sonra kanalı sosial şəbəkədə və saytda izləmək mümkün olacaq.

Avqustun 18-də şirkətin 90 əməkdaşının ixtisar olunduğu barədə məlumat yayılmışdı.

Qeyd edək ki, bu telekanal Azərbaycan ictimaiyyətinin yadında işğal altında saxlanılan Dağlıq Qarabağla bağlı saxta məlumatlar yayması ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi