Yuxarı

Rusiyanın tanınmış müğənnisi koronavirusa yoluxdu

Rusiyanın tanınmış müğənnisi koronavirusa yoluxub
Dinlə

1553

© google

Rusiya və keçmiş SSRİ-nin tanınmış müğənnisi Lev Leşşenkonun koronavirusa yoluxması təsdiqlənib.

“Report”un “gazeta.ru”ya istinadən verdiyi məlumata görə, həkimlər Leşşenkonun səhhətinin çox ağır olduğunu bildiriblər. O, hazırda reanimasiya şöbəsindədir. 

Qeyd edək ki, bir müddət əvvəl Lev Leşşenkoda ağciyərin iltihabı aşkar edilmişdi. Dünən koronavirusla bağlı aparılan testin nəticəsi martın 26-da müsbət olub. Leşşenko həyat yoldaşı ilə birlikdə xarici səfərdən sonra xəstəxanaya yerləşdirilmişdi. O həm də Moskva "Dinamo"sunun Məşvərət Şurasının üzvüdür.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi