​Rusiyanın Tacikistandakı hərbi bazasının 3 hərbçisi itkin düşüb

​Rusiyanın Tacikistandakı hərbi bazasının 3 hərbçisi itkin düşüb Bazanın təmsilçisi: "Onları sağ-salamat tapacağımıza ümid edirik"
Region
2 İyul , 2015 11:28
​Rusiyanın Tacikistandakı hərbi bazasının 3 hərbçisi itkin düşüb

Bakı. 2 iyul. REPORT.AZ/ Rusiyanın Tacikistandakı 201 saylı hərbi bazasının 3 hərbçisi üç gündür itkin düşüb.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Xəbərə görə, 3 gün öncə kəşfiyyatçılar dağ çayına düşüb. Bazadan bildirilib ki, hərbçilərin axtarışı davam edir: "Onları sağ-salamat tapacağımıza ümid edirik. Hərbçilərin taleyindən xəbərsizik".

Qeyd edək ki, Rusiyanın 3 hərbçisi iyunun 29-da "Sambuli" hərbi poliqonunda təlim zamanı Tacikistanın cənubunda Vaxş çayına düşüb.

2004-cü ildə yaradılan 201 saylı baza Rusiyanın xaricdəki ən iri hərbi obyektidir. Taciksitanın Düşənbə, Kurqan-Tube və Kulyab şəhərlərində onun hərbi hissələri var. Baza 2042-ci ilədək ölkə ərazisində qalacaq. 

Son xəbərlər

Orphus sistemi