Rusiyanın Tacikistanda yerləşən qoşunlarının təlimi keçirilir

Rusiyanın Tacikistanda yerləşən qoşunlarının təlimi keçirilir Təlimlərə “Mi8” və “Ni24” helikopterləri, 100-dsən qartıq hərbi texnika və 800 hərbçi cəlb olunub
Region
15 Avqust , 2017 13:15
Rusiyanın Tacikistanda yerləşən qoşunlarının təlimi keçirilir

Bakı. 15 avqust. REPORT.AZ/ Rusiyanın Tacikistanda yerləşən 201 saylı hərbi bazasında xidmət edən qoşunların təlimi keçirilir.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Qoşunların Mərkəzi Hərbi Dairəsi komandanının köməkçisi polkovnik Yaroslav Roşupkin bildirib.

Təlimlər Tacikistan-Əfqanıstan sərhədi yaxınlğında yerləşən Xarb-Maydon poliqonun da keçirilir.

Məlumata görə, təlimə “Mi8” və “Ni24” helikopterləri, 100-dən çox hərbi texnika və 800 hərbçi cəlb olunub. 

Təlimlər həftənin sonunadək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi