Yuxarı

Rusiyanın Suriyaya qanunsuz yolla keçməyə cəhd göstərən 4 vətəndaşı Türkiyədə saxlanılıb

Onların deportasiya olunacaqları bildirilib

Bakı. 2 aprel. REPORT.AZ/ Rusiyanın Suriyaya qanunsuz yolla keçməyə cəhd göstərən 4 vətəndaşı Türkiyədə saxlanılıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, Suriya ilə həmsəhəddə yerləşən Qaziantep əyalətinin icra hakimiyyətindən onların nəzarət altında olduğunu açıqlanıb. Yerli hökumətin təmsilçisi rusiyalıların saxlanıldıdğı tarix haqda məlumat verməyib.

Onun sözlərinə görə, həmin 4 nəfər Suriyanın münaqişəli bölgəsinə keçməyə cəhd göstərib: "Onlar Türkiyədən deportasiya olunacaqlar".

Xatırladaq ki, bu günlərdə Britaniyanın 9 vətəndaşı da Suriyaya keçmək istəyərkən saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi