Yuxarı

​Rusiyanın Sevastopoldakı hərbi bazasının elektrik şəbəkəsində qəza baş verib

Hadisənin başvermə səbəbləri araşdırılır

Bakı.13 yanvar. REPORT.AZ/ Rusiyanın Sevastopoldakı hərbi bazasındakı elektrik şəbəkəsində böyük qəza baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi "102 Elektrik şəbəkəsi müəssisələri"nin baş direktoru Alkesandr Yakovets bildirib.

Məlumata görə, gecə saat 2 radələrində Kazaçey buxtasında ciddi qəza qeydə alınıb. Kazaçeydə işıqlar sönüb.

Yerli vaxtla səhər saatlarında elektrik enerjisinin verilişi bərpa edilib. Hadisənin başvermə səbəbləri araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi