Rusiyanın “S-400” zenit-raket kompleksini Türkiyəyə təhvil verəcəyi tarix açıqlanıb

Rusiyanın “S-400” zenit-raket kompleksini Türkiyəyə təhvil verəcəyi tarix açıqlanıb Bakı. 4 aprel. REPORT.AZ/ “Rusiya istehsalı olan “S-400” zenit-raket kompleksi müqavilədə nəzərdə tutulan tarixdən daha tez, 2019-cu ilin iyulunda Türkiyəyə təhvil veriləcək”.
Region
4 Aprel , 2018 10:20
Rusiyanın “S-400” zenit-raket kompleksini Türkiyəyə təhvil verəcəyi tarix açıqlanıb

Bakı. 4 aprel. REPORT.AZ/ “Rusiya istehsalı olan “S-400” zenit-raket kompleksi müqavilədə nəzərdə tutulan tarixdən daha tez, 2019-cu ilin iyulunda Türkiyəyə təhvil veriləcək”.

“Report” TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir bildirib.

Onun fikrincə, “S-400”lər ABŞ-ın “Patriot”lərindan daha təsirlidir: “S-400”lərlə Türkiyə ordusu daha güclənəcək”.

Qeyd edək ki, aprelin 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin Ankarada birgə mətbuat konfransı keçiriblər. R.T.Ərdoğan “S-400” zenit-raket kompleksinin Türkiyəyə planlaşdırıldığından daha tez təhvil veriləcəyini bildirmişdi. 

Son xəbərlər

Orphus sistemi