Yuxarı
    Bağlamaq

    Rusiyanın regionlarında qrip epidemiyası elan olunub

    Rospotrebnadzor: Qrip və KRVİ ilə xəstələnmə halları daha çox məktəb yaşlı uşaqlar arasında yayılıb

    Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiyanın bəzi regionlarında qrip epidemiyası elan olunub.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un (İstehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsində nəzarət üzrə federal xidmət - red.) rəhbəri Anna Popova bildirib.

    "20 subyektdə həftəlik epidemiya həddinin aşılması müşahidə olunur. Üstəlik, 10 mərkəzi şəhərin subyektlərində belə vəziyyət var", - o qeyd edib.

    "Rospotrebnadzor"un rəhbərinin sözlərinə görə, qrip və kəskin respirator-virus infeksiyaları (KRVİ) ilə xəstələnmə halları daha çox məktəb yaşlı uşaqlar arasında yayılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi