Yuxarı
    Bağlamaq

    Rusiyanın qəzaya uğrayan sərnişin təyyarəsinin gövdəsi aşkar edilib

    Təyyarə sahildən 1,7 km aralı 27 metr dərinlikdə tapılıb

    Bakı. 26 dekabr. REPORT.AZ/ Dalğıclar Qara dənizin dibindən qəzaya uğrayan “Tu-154” təyyarəsinin füzelajını (gövdə) aşkar ediblər.

    “Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu agentliyə məlumatlı mənbə bildirib.

    Təyyarə sahildən 1,7 km aralı 27 metr dərinlikdə aşkarlanıb, təyyarə güclü şəkildə zədələnib. Hazırda təyyarənin sudan çıxarılması üçün vasitə axtarılır. 

    Xatırladaq ki, dünən səhər saatlarında Suriyaya istiqamət alan Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb. Nazirliyin məlumatına görə, təyyarənin göyərtəsində 92 nəfər - 8 ekipaj üzvü və 84 sərnişin olub. Sərnişinlər arasında 8 hərbçi, Aleksandrov adına hərbi ansamblın 64 artisti, Rusiya telekanallarının 9 əməkdaşı, "Ədalətli yardım" xeyriyyə fondunun rəhbəri Yelizaveta Qlinka və iki federal məmur olub.

    Qəza ilə bağlı cinayət işi başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi