Yuxarı

Rusiyanın Omsk vilayətində baş vermiş yanğında 4 nəfər ölüb

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş vermiş qısaqapanma olub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Rusiyanın Omsk vilayətindəki evlərdən birində baş vermiş yanğında 1-i qadın olmaqla nəfər ölüb.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Omsk vilayəti üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb

"Krutaya Qorka"da yanğının söndürülməsindən sonra hadisənin baş verdiyi ərazidə 3 kişinin və 1 qadının cəsədi aşkarlanıb. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş vermiş qısaqapanma olub" – deyə mətbuat xidmətinin məlumatında qeyd olunur.

Yanğının söndürülməsinə 5 yanğınsöndürən və 2 texnika cəlb edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi