Yuxarı

​Rusiyanın müdafiə naziri İrana gedəcək

O, yanvarın 19-da iranlı həmkarı Hüseyn Dehqanla görüşəcək

Bakı. 16 yanvar. REPORT.AZ/ Rusiyanın müdafiə naziri Sergey Şoyqu İrana səfər edəcək.

"Report" Rusiyanın kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, S.Şoyqu yanvarın 18-də Tehrana səfər edəcək, yanvarın 19-da isə iranlı həmkarı Hüseyn Dehqanla görüşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi