Yuxarı
    Bağlamaq

    Rusiyanın müdafiə naziri: "Xəzərdəki donanmamız 500-dən çox döyüş təlimi keçirib"

    Sergey Şoyqu: “Xəzər donanması Rusiyanın cənub sahillərində milli maraqlarımızı etibarlı müdafiə edir”

    Bakı. 18 avqust. REPORT.AZ/ Rusiyanın Xəzər Hərbi Dəniz Donanması bu il 500-dən çox döyüş və atıcılıq təlimi keçirib.

    “Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirliyin kollegiya iclasında bildirib.

    “Xəzər donanması Rusiyanın cənub sahillərində milli maraqlarımızı etibarlı müdafiə edir”, - nazir vurğulayıb.

    O qeyd edib ki, 2015-ci ildə donanma ilk dəfə Suriyada “Kalibr” raketi ilə silahlıların 1,5 min km. məsafədəki mövqeyinə zərbə endirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi