Rusiyanın müdafiə naziri: "Xəzərdəki donanmamız 500-dən çox döyüş təlimi keçirib"

Rusiyanın müdafiə naziri: "Xəzərdəki donanmamız 500-dən çox döyüş təlimi keçirib" Sergey Şoyqu: “Xəzər donanması Rusiyanın cənub sahillərində milli maraqlarımızı etibarlı müdafiə edir”
Region
18 Avqust , 2017 14:04
Rusiyanın müdafiə naziri: Xəzərdəki donanmamız 500-dən çox döyüş təlimi keçirib

Bakı. 18 avqust. REPORT.AZ/ Rusiyanın Xəzər Hərbi Dəniz Donanması bu il 500-dən çox döyüş və atıcılıq təlimi keçirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirliyin kollegiya iclasında bildirib.

“Xəzər donanması Rusiyanın cənub sahillərində milli maraqlarımızı etibarlı müdafiə edir”, - nazir vurğulayıb.

O qeyd edib ki, 2015-ci ildə donanma ilk dəfə Suriyada “Kalibr” raketi ilə silahlıların 1,5 min km. məsafədəki mövqeyinə zərbə endirib.

Son xəbərlər

Orphus sistemi