Rusiyanın müdafiə naziri "rəngli inqilablar"ın coğrafiyasının genişlənməsinin mümkünlüyünü bildirib

Rusiyanın müdafiə naziri "rəngli inqilablar"ın coğrafiyasının genişlənməsinin mümkünlüyünü bildirib Sergey Şoyqu: "Rəngli inqilablar" siyasi məsələlərin səmərəli həlli üçün geosiyasi alət kimi istifadə olunur"
Region
21 Fevral , 2017 17:24
Rusiyanın müdafiə naziri rəngli inqilabların coğrafiyasının genişlənməsinin mümkünlüyünü bildirib

Bakı. 21 fevral. REPORT.AZ/ Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu "rəngli inqilablar"ın coğrafiyasının genişlənməsi ehtimalının yüksək olduğunu deyib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, nazir bu barədə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən II Ümumrusiya Gənclər Forumunun açılışında bildirib.

Onun sözlərinə görə, "rəngli inqilablar" siyasi məsələlərin səmərəli həlli üçün geosiyasi alət kimi istifadə olunan bədxah vasitədir.

"Rəngli inqilablar" dalğası dünya siyasətində, dünyada və regionlarda qüvvələr nisbətində ciddi dəyişikliklərə səbəb oldu. Keçmiş Yuqoslaviya, Gürcüstan, İraq, Liviya, Ukrayna, Suriya - bu, "rəngli inqilablar" ssenarisinin tətbiq olunduğu dövlətlərin natamam siyahısıdır", - S.Şoyqu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi