Rusiyanın müdafiə naziri İran, Suriya və türkiyəli həmkarları ilə Hələbdəki vəziyyəti müzakirə edib

Rusiyanın müdafiə naziri İran, Suriya və türkiyəli həmkarları ilə Hələbdəki vəziyyəti müzakirə edib Müzakirələr telefon vasitəsi ilə aparılıb
Region
17 Dekabr , 2016 19:37
Rusiyanın müdafiə naziri İran, Suriya və türkiyəli həmkarları ilə Hələbdəki vəziyyəti müzakirə edib

Bakı. 17 dekabr. REPORT.AZ/ Rusiyanın müdafiə naziri Sergey Şoyqu Suriya və İrandan olan həmkarları Fahed Casem əl-Frec və Hüseyn Dehqan, həmçinin Türkiyənin hərbi idarəsinin rəhbəri Hakan Fidan ilə silsilə ikitərəfli telefon danışıqları aparıb.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Danışıqlar zamanı Hələbdəki vəziyyət barədə fikir mübadiləsi aparılıb", - deyə məlumatda bildirilir.

Söhbət zamanı Suriya ərazisində hərbi və humanitar vəziyyətin normallaşdırılması, hərbi əməliyyatların dayandırılması rejiminin təmin edilməsi şərtlərinin yaradılması üzrə konkret addımların atılması müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi