Yuxarı

Bu gün Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısı keçiriləcək

Rusiyanın müdafiə naziri Sergey Şoyqu toplantıda iştirak etmək üçün Yerevana gedib

Bakı. 16 avqust. REPORT.AZ/ Rusiyanın müdafiə naziri Sergey Şoyqu Yerevanda səfərdədir. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, S.Şoyqunun səfərində məqsəd Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin müdafiə nazirlərinin Ermənistan paytaxtında keçirilən toplantısında iştirak etməkdir. 

KTMT-nin baş katibi Nikolay Bordyuja və qurumun Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov da yığıncaqda iştirak etmək üçün Yerevanda səfərdədir.

Məlumata görə ki, Rusiyanın müdafiə naziri ilə yanaşı Qazaxıstanın müdafiə naziri İmanqali Tasmaqambetov, Belarus müdafiə naziri Andrey Ravkov, Qırğızıstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Raimberdı Duyşenbiyev, Tacikistanın müdafiə nazirinin müavini Abduxoşim Qulomzoda da Ermənistanda səfərdədir.

Qeyd edək ki, KTMT-nin toplantısı bu gün keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi