Yuxarı

​Rusiyanın Maliyyə Nazirliyi "Rosneft"i sata bilər

Şirkət səhmlərinin 19,5%-i satışa çıxarılacaq

Bakı. 17 dekabr. REPORT.AZ/ Rusiya hökuməti "Rosneft"dəki payını 2016-ci il üçün özəlləşdirməyə hazırlayır.

"Report" xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Anton Siluanov məlumat verib.

Onun sözlərinə görə, satışa şirkət səhmlərinin 19,5%-i çıxarılacaq.

Paketin minimal dəyəri 500 milyard rubl təşkil edəcək.

Nazir qeyd edib ki, aktivi almaq istəyən namizədlər arasında Çin səhmdarları da var. Hazırda İqtisadi İnkişaf Nazirliyi özəlləşdirilmə üzərində işləyir.

"Rosneft"in 69,5%-i "Rosnefteqaz" dövlət şirkətinə, 19,75%-i isə Britaniyanın BP şirkətinə məxsusdur. Belə olan halda, səhmlər satıldıqdan sonra dövlət Rusiyanın iri neft şirkəti üzərində nəzarətini saxlamış olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi