Rusiyanın Kiyevdəki səfirliyi qarşısında yeni toqquşmalar baş verib

Rusiyanın Kiyevdəki səfirliyi qarşısında yeni toqquşmalar baş verib Etirazçılardan biri polis tərəfindən saxlanılıb
Region
18 Sentyabr , 2016 21:41
Rusiyanın Kiyevdəki səfirliyi qarşısında yeni toqquşmalar baş verib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün Rusiyanın Ukraynanın paytaxtı Kiyevdə yerləşən səfirliyi qarşısında yeni toqquşmalar baş verib.

"Report" xəbər verir ki, bu barədə "112 Ukraina" məlumat yayıb.

Etirazçılardan biri polis əməkdaşları tərəfindən saxlanılıb. Asayişin qorunması üçün Rusiya səfirliyi binasının qarşısına Milli Qvardiyanın əlavə qüvvələri cəlb olunub.

"Rusiyanın Kiyevdəki səfirliyi qarşısında "Azadlıq" Ümumukrayna Birliyinin nümayəndələri ilə polis arasında yeni toqqşumalar baş verib, bir etirazçı səfirliyin bayır qapısından çıxan Rusiya vətəndaşına yumurta atdığına görə saxlanılıb. Səfirlik qarşısına Milli Qvardiyanın əlavə qüvvələri cəlb olunub. Bütün fəallar Ukrayna ərazisində Rusiyanın Dövlət Dumasına keçirilən seçkilərə qarşı çıxış edirlər", – deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi