Yuxarı
    Bağlamaq

    Rusiyanın Kemerovo vilayətinin qubernatoru istefa verib

    Aman Tuleyev istefa haqqında ərizə ilə Vladimir Putinə müraciət edib

    Bakı. 1 aprel. REPORT.AZ/ Ticarət mərkəzində çoxsaylı insanın ölümü ilə nəticələnən yanğının baş verdiyi Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev öz istəyi ilə postunu tərk edir.

    “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü regional administrasiyanın məlumatında deyilir.

    "Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev öz istəyi ilə vəzifəsindən istefa vermək haqqında ərizə ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib", — deyə vilayət administrasiyasının mətbuat xidməti bildirib.

    "Zimnaya vişnya" ticarət mərkəzində yanğın martın 25-də baş verib. Faciə nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər həyatını itirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi