​Rusiyanın İstrinski rayonunda 55 mina tapılıb

​Rusiyanın İstrinski rayonunda 55 mina tapılıb Minalar Svatovo kəndinin yaxınlığındakı meşədə aşkar edilib
Region
26 Aprel , 2016 20:36
​Rusiyanın İstrinski rayonunda 55 mina tapılıb

Bakı. 26 aprel. REPORT.AZ/Rusiyanın paytaxtı Moskva yaxınlığındakı İstrinski rayonunun meşə massivində Böyük Vətən Müharibəsi illərindən qalmış 55 mina tapılıb. 

"Report"un məlumatına görə, bu barədə regionun təcili xidmətlərindəki mənbə "RİA Novosti" agentliyinə xəbər verib.

Məlumata görə, minalar Svatovo kəndinin yaxınlığındakı meşədə aşkar edilib. "Ərazi mühasirəyə alınıb, insanların həyatı üçün heç bir təhlükə yoxdur" - deyə xidmətdən agentliyə bildirilib.

Minalar aşkar edilən kimi meşə massivinə yerli hərbi komissarlığın mütəxəssisləri çağırılıb.

Son xəbərlər

Orphus sistemi