Rusiyanın İstanbuldakı baş konsulluğunda təhlükəsizlik tədbirləri gücləndirilib

Rusiyanın İstanbuldakı baş konsulluğunda təhlükəsizlik tədbirləri gücləndirilib Sergey Losev: “Suriyanın Hələb şəhərindəki vəziyyətlə əlaqədar son günlər baş konsulluğun binası qarşısında 3 etiraz aksiyası keçirilib”
Region
13 Dekabr , 2016 17:29
Rusiyanın İstanbuldakı baş konsulluğunda təhlükəsizlik tədbirləri gücləndirilib

Bakı. 13 dekabr. REPORT.AZ/ Rusiyanın İstanbuldakı baş konsulluğunda təhlükəsizlik tədbirləri gücləndirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu baş konsulluğun mətbuat katibi Sergey Losev bildirib.

Məlumata görə, ötən gün baş konsulluğun binası qarşısında Rusiya əleyhinə aksiyası keçirilib.

“Suriyanın Hələb şəhərindəki vəziyyətlə əlaqədar son günlər baş konsulluğun binası qarşısında 3 etiraz aksiyası keçirilib”, - deyə S.Losev vurğulayıb.

Qeyd edək ki, ötən gün Rusiyanın havadan bombalaması nəticəsində Hələb Bəşşar Əsəd rejiminin nəzarəti altına keçib. Həmin əməliyyatlar zamanı çoxlu sayda mülki sakin öldürülüb. BMT-nin İnsan Haqları Ali Komissarlığı ötən gün Hələbdə B.Əsəd rejiminə aid silahlıların 11 qadın, 13 uşaq olmaqla 82 dinc sakini öldürüdüyü haqda məlumat yayıb.

Xatırladaq ki, ötən gün terrorçu İŞİD qruplaşması Suriyanın Palmira şəhərini yenidən işğal edib. Fransa və başqa Qərb dövlətləri qədim şəhərin yenidən terrorçuların əlinə keçməsinə görə Rusiyanı qınayıblar. Bu şəhər 7 ay əvvəl Rusiyanın dəstəyi ilə İŞİD-dən təmizlənib.

Son xəbərlər

Orphus sistemi