Bakı. 10 fevral. REPORT.AZ/ İrəvanda Rusiyanın "Erebuni" hərbi aviasiya bazasında pilotların mürəkkəb hava şəraitində 4-5 km hündürlükdə uçuş təlimi kursları keçirilir.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiya Cənubi Hərbi Dairəsinin mətbuat xidməti yayıb.
"Pilotlar hazırlığı dördüncü nəsil "MiQ-29" qırıcılarla keçirlər. Kurs fevralın sonunadək davam edəcək", - məlumatda bildirilib.
Xəbərdə qeyd olunub ki, bu kursu başa vurduqdan sonra pilotlara müasir qırıcılarla hava döyüşləri təlimləri də keçiriləcək.