İranda Rusiya səfirliyinin hasarına avtomobil çarpılıb, 1 nəfər ölüb, 5-i yaralanıb - FOTO

İranda Rusiya səfirliyinin hasarına avtomobil çarpılıb, 1 nəfər ölüb, 5-i yaralanıb - FOTO Rusiyanın İrandakı səfirlik binasının yerləşdiyi ərazinin divarına yük avtomobilinin çarpılması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Region
5 İyul , 2019 13:47
İranda Rusiya səfirliyinin hasarına avtomobil çarpılıb, 1 nəfər ölüb, 5-i yaralanıb - FOTO

Rusiyanın İrandakı səfirlik binasının yerləşdiyi ərazinin divarına yük avtomobilinin çarpılması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Report” "Mehr" agentliyinə istinadən xəbər verir ki, hadisə iyulun 5-də səhər saatlarında olub.

Bildirilib ki, betonqarışdıran avtomobil Rusiya səfirliyinin küçə divarının yaxınlığında “Pride” və “Peugeot” markalı minik maşınları ilə toqquşub. Hadisə nəticəsində yük avtomobilinin sürücüsü ölüb, “Pride”dəki 5 sərnişin yaralanıb, səfirliyin bağ divarı uçub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi