Udmurtiyanın başçısı 2,5 milyon dollar rüşvət almaqda şübhəli bilinərək saxlanılıb - YENİLƏNİB

Udmurtiyanın başçısı 2,5 milyon dollar rüşvət almaqda şübhəli bilinərək saxlanılıb - YENİLƏNİB Aleksandr Solovyev Moskvaya aparılıb
Region
4 Aprel , 2017 11:25
Udmurtiyanın başçısı 2,5 milyon dollar rüşvət almaqda şübhəli bilinərək saxlanılıb - YENİLƏNİB
Aleksandr Solovyova

Bakı. 4 aprel. REPORT.AZ/ Rusiya İstintaq Komitəsi Udmurtiyanın başçısı Aleksandr Solovyova qarşı 140 milyon rubldan çox məbləğdə rüşvət almaq şübhəsiylə cinayət işi açıb.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

İstintaqın versiyasına görə, A.Solovyov 2014-2016-cı illərdə Kambarka şəhərinin yaxınlığında Kama və Buy çayları üzərində körpü tikintisi ilə məşğul olan təşkilatlardan 139 milyon rubl (2,5 milyon dollar) məbləğində rüşvət, eləcə də kommersiya təşkilatında dəyəri 2,7 milyon rubl olan pay alıb.

***09:16

Rusiyanın hüquq-mühafizə orqanları Udmurtiyanın başçısı Aleksandr Solovyevi saxlayıb. 

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

"Səhər tezdən o, Moskvaya aparılıb", - deyə mənbə bildirib.

Son xəbərlər

Orphus sistemi