Yuxarı
    Bağlamaq

    Rusiyanın hərbi rəsmisi: “Üstünlük verəcəyimiz versiya yoxdur”

    Sergey Baynetov: “Komissiya işə başlayanda 15 versiya var idi”

    Bakı. 29 dekabr. REPORT.AZ/ “Komissiya “Tu-154”ün qəzası ilə bağlı 7 versiyanı nəzərdən keçirir”.

    “Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin aviasiya uçularının təhlükəsizliyi xidmətinin rəisi general-leytenant Sergey Baynetov “Tu-154” təyyarəsinin qəzaya uğraması nəticəsində əmələ gələn fəsadların aradan qaldırılması və ölənlərin ailələrinə yardımla bağlı yaradılan hökumət komissiyasının fəaliyyətnə həsr edilən ilk mətbuat konfransında deyib.

    “Üstünlük verəcəyimiz versiya yoxdur. Komissiya işə başlayanda 15 versiya var idi. “Qara qutu”lardan sonra versiyaların sayı azaldı” - o vurğulayıb.

    Qeyd edək ki, qutulardan biri dekabrın 27-də, o biri isə dekabrın 28-də aşkar edilərək sudan çıxarılıb.

    Xatırladaq ki, dekabrın 25-də səhər saatlarında Suriya istiqamətində gedən Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb. Nazirliyin məlumatına görə, təyyarənin göyərtəsində 92 nəfər - 8 ekipaj üzvü və 84 sərnişin olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi