Yuxarı

Rusiyanın hərbi gəmiləri Xəzərdə gecə təlimləri keçirib

Gecə təlimləri zamanı texniki yardımın edilməsi tapşırıqları da yerinə yetirilib

Bakı. 10 fevral. REPORT.AZ/ Döyüş hazırlığının gözlənilməz yoxlanılması çərçivəsində Rusiya Cənub Hərbi Dairəsinin Qara dəniz və Xəzər Hərbi Dəniz donanmalarının gəmilər qrupu gecə təlimi zamanı bir sıra tapşırıqlar yerinə yetiriblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat və informasiya xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, gecə təlimləri zamanı texniki yardımın edilməsi tapşırıqları da icra olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi