Yuxarı
    Bağlamaq

    ​Rusiyanın Gümrüdəki hərbçisi Rostovda mühakimə oluna bilər

    Şimali Qafqaz Hərbi Dairə Məhkəməsinin sədri Mixail Ptitsın: Məhkəmə işi Qafqaz Hərbi Dairə Məhkəməsindədir

    Bakı.28 fevral. REPORT.AZ/ Rusiyanın Gümrüdəki hərbi bazasının müddətli əsgəri Valeri Permyakovun məhkəməsi Rusiya ərazisində keçirilə bilər.

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Şimali Qafqaz Hərbi Dairə Məhkəməsinin sədri Mixail Ptitsın deyib.

    Onun sözlərinə görə, hazırda Permyakov Gümrüdə psixoloq-psixiatr müayinəsindən keçir: "Hələ ki, məhkəmənin keçiriləcəyi yer dəqiqləşdirilməyib. Məhkəmə prosesi İrəvanda, yaxud Rostov-Donda keçirilə bilər. Məhkəmə işi Qafqaz Hərbi Dairə Məhkəməsindədir".

    Xatırladaq ki, Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının əsgəri Valeri Permyakov bu il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə şübhəli bilinir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi