Yuxarı

​Rusiyanın Ermənistandakı hərbi pilotlarının təlimi başlayıb

Təlim gündüz və gecə saatlarında yüksək dağlıq ərazidə keçiriləcək

Bakı. 11 mart. REPORT.AZ/ Rusiyanın Ermənistandakı "Erebuni" hərbi-aviasiya bazasında "Mi-8MT" hərbi-nəqliyyat helikopterləri ilə gənc təyyarəçilər və bort texniklərin təlim-uçuşu başlayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlim gündüz və gecə saatlarında yüksək dağlıq ərazidə keçiriləcək. Hazırlıqda Rusiyanın Ermənistandakı uyğun hərbi bazasının təyyarəçiləri və bort texnikləri iştirak edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi