Rusiyanın Ermənistandakı hərbi bazasının hərbçiləri itkin düşüb - YENİLƏNİB

Rusiyanın Ermənistandakı hərbi bazasının hərbçiləri itkin düşüb - YENİLƏNİB Gümrüdəki hərbi hissənin hərbçiləri onun şəklini sakinlərə göstərirlər
Region
16 Noyabr , 2017 17:13
Rusiyanın Ermənistandakı hərbi bazasının hərbçiləri itkin düşüb - YENİLƏNİB
Bakı. 16 noyabr. REPORT.AZ/ Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi itkin düşüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hərbi hissənin nümayəndələri iki gündür onların axtarışı ilə məşğuldurlar.

Məlumata görə, itkin düşənlər muzdlu hərbçilərdir.

Qeyd edək ki, 2017-ci ilin aprelində də bu hərbi hissədən hərbçilər itkin düşmüşdü.


*** 16:24

Bakı. 16 noyabr. REPORT.AZ/ Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının hərbçisi itkin düşüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Rusiyanın Gümrüdəki hərbi hissəsinin hərbçiləri əllərində əsgərin fotosu ilə məhəllələri gəzərək sakinlərə onun şəklini göstərirlər.

Rəsmilər hələlik məsələyə münasibət bildirməyib. 

Son xəbərlər

Orphus sistemi