Rusiyanın Ermənistandakı hərbi bazasında snayperlərin təlimi başlayıb

Rusiyanın Ermənistandakı hərbi bazasında snayperlərin təlimi başlayıb Tədbirə yüzdən çox hərbçi cəlb edilib
Region
19 Yanvar , 2016 17:42
Rusiyanın Ermənistandakı hərbi bazasında snayperlərin təlimi başlayıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı "Kəmxud" hərbi bazasının poliqonunda snayperçilərin təlimi başlayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yüzdən çox hərbçinin cəlb edildiyi təlim bir ay ərzində dəniz səviyyəsindən 1,6 km yüksəklikdə -20 dərəcə şaxtada keçirilir.

Təlimlər əsasən gecə saatlarında gecəgörmə aparatlarından istifadə edilməklə gerçəkləşdiriləcək. 

Son xəbərlər

Orphus sistemi